Beyləqanda 2 nəfər güllələnib | YENİLƏNİB
* * *
14:18
Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xəsarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
AzVision.az
Teqlər: hadisə







Vaxtında, Aydın, Lazımlı!


